Strict Rejimi
These docs are old and won’t be updated. Go to react.dev for the new React docs.
These new documentation pages teach modern React and include live examples:
Applikasiyada potensial problemləri vurğulayan alətlərdən biri StrictMode
-dur. StrictMode
, Fragment
kimi heç bir görünən UI render etmir. Bu alət sadəcə uşaqlar üçün əlavə yoxlamalar edərək xəbərdarlıqlar göstərir.
Qeyd:
Strict rejimi yoxlamaları yalnız development zamanı olur. Bu rejim produksiya quruluşuna heç bir təsir etmir.
Strikt rejimi applikasiyanın istənilən hissəsində activləşdirmək mümkündür. Məsələn:
import React from 'react';
function ExampleApplication() {
return (
<div>
<Header />
<React.StrictMode> <div>
<ComponentOne />
<ComponentTwo />
</div>
</React.StrictMode> <Footer />
</div>
);
}
Yuxarıdakı nümunədə, strict rejim yoxlamaları Header
və Footer
komponentlərində işlədilməyəcək. Lakin, ComponentOne
, ComponentTwo
və bu komponentlərin ağacında olan bütün komponentlərdə yoxlamalar aktivləşəcək.
StrictMode
aşağıdakı problemlər üçün faydalıdır:
- Təhlükəli lifecycle işlədən komponentlərin tapılması
- Köhnə mətn ref API-ının istifadə edilməsi haqqında xəbərdarlıq
- Köhnə findDOMNode-un istifadə edilməsi haqqında xəbərdarlıq
- Gözlənilməz side effektlərin tapılması
- Köhnə kontekst API-larının tapılması
React-in gələcək buraxılışlarında bu moda yeni xüsusiyyətlər əlavə ediləcək.
Təhlükəli lifecycle funksiyalarının tapılması
Bu bloq yazısında göstərildiyi kimi, asinxron React applikasiyalarında bəzi lifecycle funksiyalarının işlədilməsi təhlükəlidir. Lakin, 3-cü tərəfinin kitabxanalarını işlətdikdə bu lifecycle-ların işlənmədiyindən əmin olmaq çətinləşir. Xoşbəxtlikdən, strict rejim sizə kömək edə bilər!
Strict rejim aktiv olduqda təhlükəli lifecycle funksiyaları işlədən sinif komponentlərinin siyahısını yaradılır və bu komponentlər haqqında məlumatlar xəbərdarlıq kimi loq edilir: